Bakıda zəncirvari qəza oub, kuryer xəsarət alıb - FOTO

Bakıda zəncirvari qəza oub, kuryer xəsarət alıb - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, qəzada “Wolt” şirkətinin xanım kuryerinin idarə etdiyi motosikletlə, "Mercedes Vito" markalı mikroavtobus və “Nissan” toqquşub.

Hadisədə xəsarət alan motosikletin sürücüsü xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır