XİN: Nüvə silahının Polşada yerləşdirilməsi məsələsi müzakirə edilməyib

XİN: Nüvə silahının Polşada yerləşdirilməsi məsələsi müzakirə edilməyib

Polşa Nazirlər Kabineti nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə etməyib

APA xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Bu, çox ciddi bir qərar olardı, onun bütün şərtləri ilk növbədə Nazirlər Kabinetində müzakirə olunmalıdır”, -deyə vurğulanıb.

Bundan əvvəl Polşa Prezidenti Andjey Duda "Fakt"a müsahibəsində bildirib ki, Polşa hakimiyyəti öz ərazilərində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın nüvə silahına sahib olmağa hazır olması ilə bağlı bəyanatını şərh edərkən qeyd edib ki, planlar həyata keçirilərkən Rusiyanın təhlükəsizliyini təmin etmək üçün addımlar atılacaq.