Tayvanda 6 bal gücündə zəlzələ olub

Tayvanda 6 bal gücündə zəlzələ olub

Tayvanda 6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ 350 min insanın yaşadığı Hualien şəhərindən 3 kilometr cənub-şərqdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.