Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir".

Birxeber.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründə mövcud olan sərhədlərin bərpası önəmlidir.