Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb

Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb

Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və BAM-ın veteran inşaatçıları ilə birgə görüşündə deyib.

“BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”, - Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, bu gün Baykal-Amur magistral xətti bütün 21-ci əsr üçün logistikanı müəyyənləşdirir: “İndiki mərhələdə Şərqə dönüş məhz BAM-ın sayəsində mümkün olub".

Putin Şimal-Cənub Nəqliyyat Dəhlizinin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rolunu da vurğulayıb:

“Şimal-Cənub geniş beynəlxalq əməkdaşlıq nümunəsinə çevrilməlidir”.