DTA: Kruiz səyahətləri ilə bağlı Xəzəryanı ölkələrlə imkanları dəyərləndiririk

DTA: Kruiz səyahətləri ilə bağlı Xəzəryanı ölkələrlə imkanları dəyərləndiririk

Kruiz səyahətləri ilə bağlı Xəzər hövzəsi ölkələri ilə birgə fəaliyyətlər davam etdirilir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O, hazırda bu imkanların dəyərləndirildiyini deyib:

"Bir neçə real təklif var. Amma burda infrastruktur və digər məsələlər də öz həllini tapmalıdır ki, turlar normal qaydada təşkil edilsin. Hazırda bununla bağlı işlər gedir, amma dəqiq tarix və yekun məsələ ilə bağlı hələ ki, məlumat verə bilmirik".