Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var

Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Şərur rayonu, Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi avtomobil "KİA" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Babayeva Sara Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Babayeva Rəxşəndə Elman qızı xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.