Paşinyanın müavini ABŞ səfiri ilə delimitasiya məsələlərini müzakirə edib

Paşinyanın müavini ABŞ səfiri ilə delimitasiya məsələlərini müzakirə edib

Ermənistan Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın həmsədri Mqer Qriqoryan ABŞ-nin bu ölkədəki səfiri Kristina Kuinlə görüşüb.

Birxeber.Az-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, danışıqlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

Qeyd edək ki, axşam saatlarında Qriqoryanın Tavuşa səfər edərək yerli sakinlərlə görüşəcəyi bildirilir.