AHA: Turizm sahəsində təhsildə süni intellektdən istifadə haqqında düşünməliyik

AHA: Turizm sahəsində təhsildə süni intellektdən istifadə haqqında düşünməliyik

Süni intellekt optimallaşdırma və avtomatlaşdırma proseslərində yeni üfüqlər açır və indi turizm sektorunun inkişafı üçün təhsildə süni intellektdən istifadə haqqında düşünmək lazımdır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov bu gün Bakıda keçirilən "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.

O bildirib ki, əgər dünyada təkrar pandemiya və ya qlobal qapanmaya səbəb başqa bir hadisə baş verərsə, turizm sahəsi üzrə təhsil alan gənclərin dərslərini davam etdirməsi üçün imkanlar var:

"Bununla bağlı əvvəlki pandemiyadan kifayət qədər təcrübəmiz var. COVID-19 pandemiyası zamanı rəqəmsal məkanın imkanları yenidən kəşf edildi, onlayn resurslardan istifadə əhəmiyyətli dərəcədə artdı, distant təhsillə bağlı praktikamız oldu”.

Əşrəf Mehdiyev