Samir Abasov: "Qəbələdən məğlubiyyətlə getmək üzücüdür"

Samir Abasov: "Qəbələdən məğlubiyyətlə getmək üzücüdür"

"Buradan məğlubiyyətlə getmək üzücüdür".

"Birxeber.Az"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, matçın qırılma nöqtəsi buraxılan ikinci qol olub: "İlk qoldan sonra futbolçularda ümid var idi. Paltardəyişmə otağından çıxanda özümüzü yaxşı motivasiya etmişdik. Qol vurduq, amma gec oldu. Təəssüf ki, ikinci qol komandanı sındırdı".

O, görüşün ağır keçdiyini söyləyib: "Qəbələdə oynamaq o qədər də asan deyil. Futbolçular yüksəklikdə oynamağın çətinliyini hiss etdilər. Buna baxmayaraq birinci hissədə oyun bizim nəzarətimiz altında idi. İki topumuz dirəkdən qayıtdı. Rəqibin isə cəmi bir zərbəsi var idi, o da qolla nəticələndi. Həmin qolda da şübhələr var. Baxıb sonra deyəcəyik".

Abasov məğlubiyyətə görə məyus olduqlarını vurğulayıb: "Buradan xalla dönə bilərdik. Amma bu, futboldur. Bir məğlubiyyət bizi lap aşağı sıralara ata bilər. Növbəti tur evdə "Kəpəz"lə oyunumuz var. Həmin matç bundan da çətin olacaq, daha çox güc sərf etməliyik".

Futbol Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol Futbol
“Qarabağ” Avropa reytinqinin ilk “50-liy”ində yer alıb

“Qarabağ” Avropa reytinqinin ilk “50-liy”ində yer alıb

Futbol Futbol
“Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında 1000-ci qolunu vurub

“Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında 1000-ci qolunu vurub

Futbol Futbol
Futbolçu azarkeşlə dalaşdığı üçün çempionat oyunu təxirə salınıb

Futbolçu azarkeşlə dalaşdığı üçün çempionat oyunu təxirə salınıb

Futbol Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol Futbol
Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

Futbol Futbol
"Neftçi"nin yeni prezidenti təqdim olunub

"Neftçi"nin yeni prezidenti təqdim olunub

Futbol Futbol
İngiltərədə mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İngiltərədə mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol Futbol
Renat Dadaşovun yeni baş məşqçisi açıqlanıb

Renat Dadaşovun yeni baş məşqçisi açıqlanıb

Futbol Futbol
Azərbaycan millisinin rəqibində qalmaqal: Tanınmış qapıçı məşqi boykot edib

Azərbaycan millisinin rəqibində qalmaqal: Tanınmış qapıçı məşqi boykot edib

Futbol Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol Futbol
İngiltərə Premyer Liqasında yeni mövsüm başlayıb: “Mançester Siti” rəqibini darmadağın edib

İngiltərə Premyer Liqasında yeni mövsüm başlayıb: “Mançester Siti” rəqibini darmadağın edib