Bakıda Beynəlxalq Maarif Məktəblərinin fəaliyyəti və gələcək hədəfləri müzakirə edilib

Bakıda Beynəlxalq Maarif Məktəblərinin fəaliyyəti və gələcək hədəfləri müzakirə edilib

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi professor Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir.

“Birxeber.Az” xəbər verir ki, sədr əvəzi Bakıda iki kampusu olan Beynəlxalq Maarif Məktəblərində yaradılmış şəraitlə tanış olacaq.

Ahmet Emre Bilgili Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə də görüş keçirib. Görüşdə Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətləri və gələcək hədəfləri müzakirə edilib.

Həmçinin, o, Bakı Beynəlxalq Maarif Məktəbində keçiriləcək tədbirdə bir sıra açıqlamalar verəcək.