“Yurqorden” rəsmisi Musa Qurbanlının klubdan ayrılmaq ehtimalı barədə danışıb

“Yurqorden” rəsmisi Musa Qurbanlının klubdan ayrılmaq ehtimalı barədə danışıb

“Yurqorden” klubunun idman meneceri Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindən ayrılmaq ehtimalı barədə danışıb.

"Report" xəbər verir ki, funksioner bu barədə "Aftonbladet" nəşrinə açıqlama verib.

O, hücumçunun yayda "Qarabağ"a qayıda biləcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Hazırda belə planlar yoxdur. "Transfer pəncərəsi" bağlıdır. Danışıqlar da olmayıb. Amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini deməyib. Yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu oynamasa, məyus olur. Musada da belədir".

Qeyd edək ki, Musa Qurbanlı ötən mövsüm İsveç çempionatında 14 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.