Gürcüstan elektrik enerjisi ixracını 14 dəfə artırıb

Gürcüstan elektrik enerjisi ixracını 14 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan qonşu ölkələrə 20,3 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədən ixrac edilən elektrik enerjisinin ümumi dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib.

Bu ilin birinci rübündə Gürcüstandan elektrik enerjisinin ixracının həcmi 14 dəfə artıb.

İxrac edilən elektrik enerjinin böyük hissəsi Azərbaycana (913 min ABŞ dolları), qalan hissəsi isə Ermənistana (350 min ABŞ dolları) gedib.

Bu müddət ərzində Gürcüstan 1,9 milyon ABŞ dolları dəyərində 438,4 milyon kVt/saat elektrik enerjisi idxal edib.