Çində daşqınlar nəticəsində 11 nəfər itkin düşüb

Çində daşqınlar nəticəsində 11 nəfər itkin düşüb

Çində Quandun (Cənubi Çin) əyalətinin bir neçə rayonunda son günlər baş verən davamlı leysan nəticəsində 11 nəfər itkin düşüb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, məlumatı əyalətin fövqəladə hallar idarəsi yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Məlumata görə, təbii fəlakət Şaoquan, Quançjou, Xeyuan, Çjaosin, Tsinyuan, Meyçjou və Xueyçjou əyalətlərini də əhatə edib.

İnformasiyaya əsasən, əyalətlərdən 53 741 nəfər təxliyə edilib, 12 256 nəfər isə təhlükəsiz yerə köçürülüb.

Bildirilib ki, Quandun əyalətində 24 çayda 38 su elektrik stansiyasında suyun səviyyəsinin normanı aşması ilə əlaqədar xəbərdarlıq edilib.