“Azərsu”: Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb - VİDEO

“Azərsu”: Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb - VİDEO

Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.

Bu barədə "Birxeber.Az"a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.

Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.

FOTO: Samirə Həsənova