ACES-in baş katibi: Bakıda möhtəşəm qonaqpərvərlik gördüm

ACES-in baş katibi: Bakıda möhtəşəm qonaqpərvərlik gördüm

Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm.

"Birxeber.Az" xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Hüqo Alonso Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi Bakının dünya paytaxtları arasında xüsusi nüfuzunun olduğunu və tanındığını bildirib: "Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır".