Hacıqabuldakı yol qəzasında səkkiz nəfər xəsarət alıb - SİYAHI, YENİLƏNİB-2

Hacıqabuldakı yol qəzasında səkkiz nəfər xəsarət alıb - SİYAHI, YENİLƏNİB-2

Hacıqabulda baş verən qəzada xəsarət alanların adı məlum olub.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət alıb:

Kürdəmir rayon sakinləri Teyyublu Gülşən Vəlican qızı (1994-cü il təvəllüdlü), Teyyubov Niyaz Məmmədşah oğlu (1966-cı il təvəllüdlü), Teyyubov Şəfqət Əli oğlu (1970-ci il təvəllüdlü), Teyyubov Niyazi Rais oğlu (2023-cü il təvəllüdlü);

Qobu qəsəbə sakinləri Cəbrayılova Nazilə Ramin qızı (2013-cü il təvəllüdlü), Cəbrayılova Yazgül Niyaz qızı (1994-cü il təvəllüdlü) və daha iki nəfər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

14:17

Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların sayı məlum olub.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

13:29

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.