Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb

Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb

Polis Tavuş rayonunun sərhəd kəndlərinin sakinlərinin bağladığı Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu açıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılardan bəziləri avtomobilləri yığışdırmağa razılaşıblar.

Bildirilib ki, sakinlərin razılaşmasına səbəb onlara baş nazirin müavini Mher Qriqoryanla görüşün vəd edilməsi olub.