Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.

    Onun axtarışları davam etdirilir.

    17:27

    Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə "Birxeber.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.