Türk dünyasından bəhs edən ortaq tammetrajlı film çəkiləcək

Türk dünyasından bəhs edən ortaq tammetrajlı film çəkiləcək

Türk dünyasından bəhs edən ortaq tammetrajlı film çəkiləcək.

"Report" xəbər verir ki, bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev mayın 2-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, layihənin ideya müəllifi və rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir.

V.Mustafayev isə bildirib ki, türk dünyasından bəhs edən ortaq filmin çəkilməsi Şuşada razilaşdırılıb və orada start götürüb:

"Molla Nəsrəddindən bəhs edəcək film ortaq türk dəyərləri, adət-ənənələri və qəhrəmanları haqqında olacaq. Filmi altı türk dövləti birlikdə ərsəyə gətirilir. Ekran əsərində hər bir dövlətin tanınmış aktyorları yer alacaq. Filmin çəkilişi avqust ayında başlayıb, ilin sonunda yekunlaşdırılacaq. Yüz dəqiqədən ibarət film hissələrə bölünərək türk dünyasının bütün ölkələrində çəkiləcək. Film kinoteatrlarda nümayiş üçün nəzərdə tutulub. Həmçinin Kann festivalında, Venesiyada və s. beynəlxalq festivallarda nümayiş olunacaq. Türk dünyasının ortaq filmini TÜRKSOY maliyyələşdirəcək. Ayrı-ayrı dövlətlər də maddi yardım edə bilərlər".