Azərbaycanda 5.0 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda 5.0 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

22.09

Azərbaycan ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, Saatlı-Sabirabad sərhədində zəlzələ baş verib.

Bildirilir ki, zəlzələ yerli vaxtla 22.05-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5.0, yeraltı təkanların dərinliyi 61 km olub.