FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Binəqədi rayonu R.Pirnəzərov adına 299 və Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-liseylərində, Xəzər rayonu 181 və Yasamal rayonu 133 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində, Gəncə Dövlət Universitetində, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və V.Süleymanov adına Peşə liseyində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Xırdalan şəhər 2 nömrəli və Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki şəhəri 18 nömrəli tam orta məktəbində və fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu A.Ç.Bağırov adına Vərgədüz və S.N.Abiyev adına Köryədi kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Xocavənd rayonu Muğanlı kənd 1 nömrəli və Füzuli rayonu B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.