Azərbaycan avarçəkəni: Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm

Azərbaycan avarçəkəni: Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm

Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm.

Bunu "Report"un Mingəçevirə ezam olunan əməkdaşına açıqlamasında “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.

2008-2009-cu il təvəllüdlü atletlərin mübarizəsində 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayan idmançı çox sevindiyini bildirib: "Bu, çox gözəl hissdir. Sözlərlə ifadə etmək çətindir. Başa düşmək üçün bu anları yaşamaq lazımdır. Bu il dünya çempionatı da keçiriləcək. Digər beynəlxalq yarışlarda da yaxşı nəticə göstərmək niyyətindəyəm".

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.