Muxtar Babayev: Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü hesab edirik

Muxtar Babayev: Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü hesab edirik

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçiriləcək növbəti konfransı (COP29) qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır.

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Assoited Press” agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, bu görüş ölkələrə 2025-ci ildə istixana qazı tullantılarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün bir araya gəlməyə kömək etməlidir:

“Bakı zəngin dövlətlərin qlobal istiləşməyə ciddi təsiri olmayan, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən kasıb ölkələrə maliyyə yardımı gəstərmələri üçün ortaq məxrəcə gəlməyin mümkün olduğu məkandır. Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü hesab edirik”.

COP29-un prezidenti özəl sektoru iqlim dəyişikliyi ilə bağlı maliyyələşdirmə məsələlərinin həllini uzatmamağa çağırıb:

“Tək ümumi məqsəd var: daha təmiz enerji sistemlərinə keçid və istiliyin artması, daşqın, qasırğa, quraqlıq, iqlim dəyişikliyinin dərinləşməsi ilə mübarizə aparmaları üçün dünyanın inkişaf etməkdə olan kəsiminə maliyyə yardımının artırılması. Gündəlikdəki əsas məsələlərdən biri bütün donorlara heç olmasa, inkişaf etməkdə olan dünyanın inkişafına töhfələrini artırmaq təklifinin irəli sürülməsidir. Çünki iqlim dəyişikliyi səbəbindən biz hər gün bütün bu fəsadlarla qarşılaşırıq.

Biz özəl sektoru bu məsələdə daha fəal və məsuliyyətli olmağa, iqlim maliyyələşdirməsinə dair məsələlərin həllini uzatmamağa çağırırıq”.