Qazax sakini: İlham Əliyev dediyi kimi də etdi!

Qazax sakini: İlham Əliyev dediyi kimi də etdi!

Prezident İlham Əliyev hər zaman çıxışlarında “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyirdi. Dövlətimizin başçısı dediyi kimi də etdi!

Bu sözləri “Birxeber.Az”un Qərb bürosuna açıqlamasında Qazax rayon sakini Eldar İsayev deyib.

O, gənclik illərində komsomol katibi işlədiyini bildirib: “O vaxt işlədiyim sovxoz 6 kəndi əhatə edirdi. Gənclik illərim hazırda ölkəmizə qaytarılan Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində keçib. Ürəyim həmin kəndlərlə döyünürdü, fikirləşirdim ki, yenidən o yerlərə qayıda biləcəyəm? Şükür ki, bu istəyim də reallaşdı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bir güllə atılmadan və şəhid verilmədən yenidən həmin kəndlərə qayıdırıq”.

Qazax sakini ölkə başçısının hər zaman sözünə sadiq olduğunu, verdiyi bütün vədləri yerinə yetirdiyini söyləyib.

“Vətən müharibəsindəki qələbə, suverenliyimizin tam bərpa edilməsindən sonra 4 kəndimizin qaytarılması xəbərini eşitmək hər birimizdə qürur hissi yaradır. Azərbaycana yaşatdığı tarixi qələbələrə, nailiyyətlərə görə dövlət başçısına təşəkkür edirəm”, - sakin deyib.

E. İsayev təəssüflə qeyd edib ki, atası və qardaşı bu günləri görə bilməyiblər:

“Bizim həmin kəndlərdə qayğılı və faciəli günlərimiz çox olub. Hətta orada qohumlarımın da məzarları vardı. Hər zaman arzu edirdik ki, onların məzarını ziyarət edə bilək. Həmin kəndlər Qazaxın ən səfalı təbiəti , bulaqları və meşəsi bol olan yerləridir”.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.