Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs tutulub.

Bu barədə Birxeber.Az-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarışları nəticəsində hadisəni törədən Hüseyn Abbasov polis əməkdaşları tərəfindən saxlanıb.

***

22.22

Şəmkirdə bıçaqlanma baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.