“İzvestiya”nın hərbi reportyoru müharibə bölgəsində ölüb

“İzvestiya”nın hərbi reportyoru müharibə bölgəsində ölüb

Rusiyanın “İzvestiya” nəşrinin hərbi reportyoru Semyon Yeryomin həlak olub.

APA xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

O Zaporojye vilayətində peşə borcunu yerinə yetirərkən ölüb.

Jurnalist 2022-ci ilin fevralından xüsusi əməliyyat zonasında işləyirdi. II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.