Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb

Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb

Bakının Sabunçu rayonunda 18 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Əlləmova Nərmin Qabil qızının sərnişin olduğu avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə xəsarət alan gənc qız xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.