Latviya səfiri: Ötən ilin sentyabrından Cənubi Qafqaz regionundakı vəziyyət sabitdir

Latviya səfiri: Ötən ilin sentyabrından Cənubi Qafqaz regionundakı vəziyyət sabitdir

Ötən il sentyabrın əvvəlindən Cənubi Qafqaz regionundakı vəziyyət sabitdir.

Bunu “Report”a müsahibəsində Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya deyib.

“Hesab edirəm ki, ötən ilin sentyabrından bəri Cənubi Qafqaz regionundakı vəziyyəti sabit adlandırmaq olar və bu yaxşıdır. Bu, Aİ-dəki həmkarlarımız üçün də arqumentimizdir ki, sabitlik var və biz Azərbaycanla əlaqələri genişləndirməli və gücləndirməliyik”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, amma hər bir proses, hər bir dialoq kimi bunun da iki tərəfi var, irəliləyiş, inkişaf hər iki tərəfdən asılıdır:

“Latviya Aİ-nin Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə həqiqətən dəstək verən ölkələrdən biridir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.