Maliyyə Nazirliyi informasiya infrastrukturunun təhlükəsizliyilə bağlı auditor seçir

Maliyyə Nazirliyi informasiya infrastrukturunun təhlükəsizliyilə bağlı auditor seçir

Maliyyə Nazirliyinin informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarına əsasən təhlükəsizlik boşluqların, zəifliklərin və digər uyğunsuzluqların aşkar olunması məqsədilə müdaxilə sınaqlarının (auditin) keçirilməsi üçün açıq tender elan edilib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 31-i, saat 12:00-a qədər nazirliyin yerləşdiyi Bakı şəhəri, Səməd Vurğun küçəsi, 135 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 31-i, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.