Rusiyanın Ukraynaya vurduğu zərərin miqdarı açıqlanıb

Rusiyanın Ukraynaya vurduğu zərərin miqdarı açıqlanıb

Rusiyanın bir il ərzində Ukraynaya hücumu nəticəsində bu günə kimi birbaşa itkilər təqribən 140 milyard ABŞ dolları həcmindədir.

Bunu "Report"un Şərqi Avropa bürosuna ekspert Aleksandr Bondarenko bildirib.

Onun sözlərinə görə, buraya Rusiya ordusu tərəfindən dağıdılmış onminlərlə binalar, mənzillər, evlər, 8 min km-ə yaxın yol, 400-ə yaxın körpü, 500-dən çox məktəb, 1000-dən çox uşaq bağçası, xəstəxanalar, bir sözlə, bütün humanitar-sosial infrastruktur daxildir.

A.Bondarenko bildirib ki, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının məruz qaldığı birbaşa itkilərdən başqa dolayı itkiləri də qeyd etmək lazımdır:

"Dolayı itkilərə isə ÜDM-in azalması, müəssisələrin bağlanması, insanların ölkədən köçməsi, yəni itirilən intellektual kapital daxildir. Çünki milyonlarla insan Avropaya köçüb. Burada itkilərin həcmi 300 milyard dollardan çoxdur".

O qeyd edib ki, bu gün ümumilikdə 500 milyard dollarlıq itkidən danışmaq olar:

"Hökumətimizin başqa hesablamalarına görə bu rəqəm hətta təqribən 700 milyard dollardır. Burada sual yarana bilər ki, Ukraynanın iqtisadiyyatı və infrastrukturunun bərpası, modernizasiyası üçün bu qədər vəsaiti haradan tapacağıq? Ondan başlayaq ki, İsveçrədə, Avropanın digər ölkərində və ABŞ-da Rusiyanın 300 milyard dollar həcmində dondurulmuş qızıl-valyuta ehtiyatları var. Müvafiq olaraq, yolların, infrastruktun, körpülərin, energetikanın və binaların bərpasına başlanılması üçün Ukrayna bu vəsaitin ona veriləcəyini gözləyir. İkinci mənbə təqribən 100-150 milyard dollar həcmində beynəlxalq maliyyə yardımı, qrantlar ola bilər. Üçüncü mənbə isə büdcə vəsaitləri, vergi daxilolmaları və avrobondların buraxılması hesabına formalaşacaq Ukraynanın daxili ehtiyatlarıdır", - deyə, o, əlavə edib.

İnfrastruktur İnfrastruktur
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu işlərinin 40 %-i tamamlanıb

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu işlərinin 40 %-i tamamlanıb

İnfrastruktur İnfrastruktur
"Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır

"Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır

İnfrastruktur İnfrastruktur
Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

Sabirabadın Çığırğan kəndinin yolları bərbad vəziyyətə düşüb

İnfrastruktur İnfrastruktur
Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb - QİYMƏTLƏR AÇIQLANIB

Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb - QİYMƏTLƏR AÇIQLANIB

İnfrastruktur İnfrastruktur
“Azərsu”: “197 min abonentin sayğacı yoxdur”

“Azərsu”: “197 min abonentin sayğacı yoxdur”

İnfrastruktur İnfrastruktur
"Azəriqaz”: "Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılır"

"Azəriqaz”: "Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılır"

İnfrastruktur İnfrastruktur
Bakı limanında intermodal və multimodal terminalların tikintisi planlaşdırılır

Bakı limanında intermodal və multimodal terminalların tikintisi planlaşdırılır

İnfrastruktur İnfrastruktur
Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

İnfrastruktur İnfrastruktur
Bakı-Ələt yolunda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq

Bakı-Ələt yolunda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq

İnfrastruktur İnfrastruktur
Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb

Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb

İnfrastruktur İnfrastruktur
Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda qatarda nasazlıq yaranıb

İnfrastruktur İnfrastruktur
"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb