Füzulidə 21 yaşlı oğlanın qətli ilə bağlı məhkəmə başlayır

Füzulidə 21 yaşlı oğlanın qətli ilə bağlı məhkəmə başlayır

Xuliqanlıq niyyətilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Füzuli rayon prokurorluğundan Birxeber.Az-ya verilən məlumata görə, cari il yanvarın 05-də Füzuli rayonunun Kürdmahmudlu kənd sakini 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2005-ci il təvəllüdlü Neymət Bayramlının rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Azər Allahverdiyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Neymət Bayramlıya Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.