Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb

Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb

Aprelin 15 və 16-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis əməkdaşı yaralanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

“Etirazçıların zorakı hərəkətləri nəticəsində 5 polis əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib. Ümumilikdə 40 nəfəri inzibati qaydada saxlamışıq”, - o qeyd edib.