AFFA rəsmisi: Azərbaycanda futbolun hərtərəfli inkişafını istəyiriksə, qadın məşqçilərə üstünlük verməliyik

AFFA rəsmisi: Azərbaycanda futbolun hərtərəfli inkişafını istəyiriksə, qadın məşqçilərə üstünlük verməliyik

Azərbaycanda futbolun hərtərəfli inkişafını istəyiriksə, qadın məşqçilərə üstünlük verməliyik.

Bunu “Birxeber.Az”a AFFA-nın təhsil proqramının rəhbəri Aslan Kərimov deyib.

Mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran qadın məşqçilər barədə danışıb: “İlk dəfə idi ki, yerli qadın məşqçilər A kateqoriyalı lisenziya kursunun diplomu ilə təltif olunurdular. İddialı məşqçilərimiz var və onlar dərslər zamanı özlərini sübut etməyə çalışırdılar. Təəssüf ki, belə qadın məşqçilərimizin sayı azdır”.

A.Kərimov kişi və qadın məşqçilər arasındakı fərqlərdən də söz açıb: “Oğlanlar adətən uşaq yaşlarından futbolla maraqlanır və sevirlər. Qızlarda isə durum fərqlidir. Bu baxımdan kişilərin təcrübəsi böyükdür. Lakin futbolu bilən qadınların yanaşması fərqli olur. Bəzən onlar lazımi yerdə özlərini cilovlaya bilirlər. Qadınların məşqçi kimi özlərini sınaması vacib məsələdir. Ümid edirik ki, əsas milli komandamızda çıxış edən qız futbolçular karyeralarını bitirdikdən sonra məşqçiliyə yönələcəklər”.