Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 Kirants sakini tutulub

Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 Kirants sakini tutulub

Ermənistnın Kirants (Xeyrimli) rayonunda Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxanlar yolu bağlayıblar.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda çox sayda polis Kirantsa (Xeyrimli) cəlb olunub.

31 nəfər saxlanılaraq Tavuş rayon polis bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Minatəmizləmə işləri ilə əlaqədar və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hüquq-mühafizə orqanları Kirantsda (Xeyrimli) bir neçə yolu bağlayıb.