Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi məqamlarını açıqlayıb

Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi məqamlarını açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi məqamlarını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov İstanbul razılaşmasında NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiq edildiyini, lakin bunun Krım və Donbasa şamil edilmədiyini bildirib.

"İstanbul razılaşmasına görə, əgər bu ərazilərə (Krım və Donbass-red) hücum edilərdisə, razılaşmalar dərhal ləğv edilməli idi. Bu razılaşmalar görə, Ukrayna ərazisində heç bir hərbi baza olmamalı idi", - Lavrov yerli KİV-ə müsahibəsində qeyd edib.