Sumqayıtda ata və anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Sumqayıtda ata və anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb  - YENİLƏNİB

Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Araşdırma aparılır.


***
03:16

Sumqayıt şəhərində ərlə arvad qətlə yetirilib.

APA xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Meyitlərin şəxsiyyəti dəqiqləşdirilir.

Aidiyyatı orqanların əməkdaşları hadisə yerinə cəlb olunub, fakt araşdırılır.