Muxtar Babayev ABŞ-nin keçmiş dövlət katibi ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Muxtar Babayev ABŞ-nin keçmiş dövlət katibi ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə COP-29-un "X" məlumat verilib.

Bildirilib ki, görüşdə COP29-a hazırlıq, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

https://x.com/COP29_AZ/status/1781034471472414830