Stoltenberq: “Ukraynanın HHM sistemləri ilə təchizatı məsələsi təcilidir”

Stoltenberq: “Ukraynanın HHM sistemləri ilə təchizatı məsələsi təcilidir”

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchizatı məsələsi təcilidir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq G7 ölkələrinin xarici işlər nazirlərinin Kapri adasında keçirilən görüşündə deyib.

“Bu təcilidir. Çünki hər gecikmə günü Ukraynaya daha çox ziyan vurulur”, - Stoltenberq qeyd edib.