Tokatda 5,6 maqnitudada zəlzələ olub

Tokatda 5,6 maqnitudada zəlzələ olub

Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.