Aİ Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyinə maliyyə yardımını dayandırıb

Aİ Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyinə maliyyə yardımını dayandırıb

Avropa İttifaqı BMT-nin Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə yardımını dayandırdığını açıqlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumatda Avropa İttifaqının Qəzzada fələstinlilərə humanitar və inkişaf yardımı göstərən ən böyük donorlardan biri olduğu xatırladılaraq Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilərə tərəfdaş humanitar yardım təşkilatlar vasitəsilə fasiləsiz davam edəcəyi bildirilib.
Qeyd olunub ki, fevralın sonuna qədər UNRWA-ya əlavə maliyyə ayrılması nəzərdə tutulmur.

"Avropa Komissiyası maliyyə qərarlarını yanvarın 24-də UNRWA əməkdaşlarının İsrailə qarşı 2023-cü il 7 oktyabr hücumlarında iştirakı ilə bağlı irəli sürülən çox ciddi iddialar fonunda müəyyən edəcək.
Komissiya BMT-nin elan etdiyi araşdırmanın nəticələri və görəcəyi tədbirlər fonunda məsələyə baxacaq. Komissiya UNRWA tərəfindən verilən məlumatı, eləcə də araşdırmanın başlanmasını alqışlayır", - qurumdan bildirib.