FHN Şirvanda yanğın-taktiki təlimi keçirib

FHN Şirvanda yanğın-taktiki təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət yanğından Mühafizə Xidmətinin (DYMX) və Muğan regional mərkəzinin qüvvələrinin iştirakı ilə Sumqayıt Melioservis İdarəsinin Şirvan mexaniki təmir-istehsalat birliyinin ərazisində yanğın-taktiki təlim keçirib.

“Report”un Aran bürosunun məlumatına görə, FHN-nin baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi, daxili xidmət general-mayoru Asif məmmədli, Muğanregional mərkəzinin rəisi, polkovnik Vüqar Ağayev, Baş Əməliyyat idarəsinin rəis müavini. Polkovnik Ağəli Hüseynov, Şirvan Şəhər İcra hakimiyyətinin başçısı İlqar Abbasov və müəssisənin rəhbər şəxsləri təlimi izləmişlər.

Təlimin keçirilməsində əsas əqsəd, “Muğan regional mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin yanğınların söndürülməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə praktiki vərdişlərinin daha da yaxşılaşdırılması, qüvvələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermiş zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzalarının nəticələrinin aradan qaldırılması məqsədi ilə DYMX-nin hissə və bölmələri və Muğan regional mərkəzinin qüvvə və vasitələri “hadisə” yerinə cəlb olunublar.

Toplanmış kəşfiyyat məlumatları əsasında əmıiyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə opeativ çatan FHN-nin qüvvələri müəssisə işçilərinin “təhlükəli” ərazidən təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “Yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlimə ümumilikdə FHN-in 16 ədəd texnikası və 115 nəfərdən ibarət şəxsi heyəti, müəssisənin isə 8 ədəd texnikası və 45 əməkdaşı cəlb olunub.

Təlimin yekununda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.