Borrell ABŞ-nin Ukraynaya yardımı gecikdirməsindən təəssüflənib

Borrell ABŞ-nin Ukraynaya yardımı gecikdirməsindən təəssüflənib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ daxili siyasətinin Ukraynaya yardımı gecikdirməsindən təəssüf etdiyini deyib.

Birxeber.Az xəbər verir ki, bu barədə Cozep Borrell İtaliyada, Kapridə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Vaşinqtonda olanda da mən onlara dedim ki, baxın, Avropada baş verənlər hər kəs üçün, sizin üçün də əhəmiyyət kəsb edir. Mən ABŞ-nin daxili siyasətinin Ukraynaya yardımı gecikdirməsinə təəssüf edirəm. Amma mən ABŞ-nin siyasəti ilə bağlı məsul deyiləm, buna onlar qərar verir", - Borrel qeyd edib.