Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalqsürücü” layihəsinin icrasına başlanılıb.

"Birxeber" nazirliyə istinadən xəbər verir ki, layihə bu yaxınlarda təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.

Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.

Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan sürücülər ödənişsiz iştirak edə biləcəklər. Sürücülərin təhsil haqqını "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi ödəyəcək. Eyni zamanda DANX ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.

Təlimlərdən sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılacaq. Bu məlumatlar həm DANX, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim ediləcək.

İnfrastruktur İnfrastruktur
AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutub

AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutub

İnfrastruktur İnfrastruktur
Naxçıvanda dayanacaq pavilyonlarının olmaması problemi həll olunacaq  

Naxçıvanda dayanacaq pavilyonlarının olmaması problemi həll olunacaq  

İnfrastruktur İnfrastruktur
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb

"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb

İnfrastruktur İnfrastruktur
Astara yük terminalının tikintisinin başa çatma vaxtı açıqlanıb

Astara yük terminalının tikintisinin başa çatma vaxtı açıqlanıb

İnfrastruktur İnfrastruktur
Bakı-Gəncə-Bakı dəmir yolu xətti üzrə iki əlavə reys təyin edilib

Bakı-Gəncə-Bakı dəmir yolu xətti üzrə iki əlavə reys təyin edilib

İnfrastruktur İnfrastruktur
BNA: "64 avtobusun hərəkət intervalında gecikmə var"

BNA: "64 avtobusun hərəkət intervalında gecikmə var"

İnfrastruktur İnfrastruktur
Bakıda daha 2 küçədə sürət həddi endirilib

Bakıda daha 2 küçədə sürət həddi endirilib

İnfrastruktur İnfrastruktur
Sol Sahil kanalında təmir-tikinti və quraşdırma işləri gələn il tamamlanacaq

Sol Sahil kanalında təmir-tikinti və quraşdırma işləri gələn il tamamlanacaq

İnfrastruktur İnfrastruktur
Bakı metrosunun stansiyalarında Heydər Əliyevə həsr olunmuş proqram yayımlanır

Bakı metrosunun stansiyalarında Heydər Əliyevə həsr olunmuş proqram yayımlanır

İnfrastruktur İnfrastruktur
İsmayıllının bir neçə yerli əhəmiyyətli avtomobil yolunda hərəkət bərpa edilib

İsmayıllının bir neçə yerli əhəmiyyətli avtomobil yolunda hərəkət bərpa edilib

İnfrastruktur İnfrastruktur
"Hüseyn Cavid" gəmisi təmirdən sonra ilk səfərini Bekdaş limanına edib

"Hüseyn Cavid" gəmisi təmirdən sonra ilk səfərini Bekdaş limanına edib

İnfrastruktur İnfrastruktur
Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib

Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib