Bakı Beynəlxalq Avtovağzal Kompleksinin çıxış hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin çıxış hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Birxeber.Az-Economics”xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.