"PSG-Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimələnib

"PSG-Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsini cərimə edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq investisiya şirkətinin vəzifəli şəxsi 1 000 manat cərimələnib.