Balakəndə 25 yaşlı gənc intihar edib

Balakəndə 25 yaşlı gənc intihar edib

Balakən rayonu sakini özünü asıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Poçtbinə kəndində baş verib.

Belə ki, kənd sakini - 1999-cu il təvəllüdlü Tural Kazım oğlu Xəlilovun meyiti yaşadığı evin həyətyanı sahəsində mal tövləsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

T.Xəlilovun intihar etdiyi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.