Ermənistanın Tavuş vilayətinin sərhəd kəndlərinin icma rəhbərləri demarkasiya prosesində iştirak edəcəklər

Ermənistanın Tavuş vilayətinin sərhəd kəndlərinin icma rəhbərləri demarkasiya prosesində iştirak edəcəklər

Ermənistan hakimiyyəti istəyir ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin.

Birxeber.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşdə deyib.

“Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” deyəndə narahat olmaq yerinə “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olarıq, bəlkə ferma tikərik” deyəsiniz. Həmçinin buradan avtomobillərin keçəcəyi buraxılış məntəqəsi tikmək olar ki, buna görə Ermənistan Respublikasına ödəniş edərlər”, - Paşinyan bildirib.

Baş nazir təhlükəsizlik barədə 100 faizlik qarantiya verməsə də, zamanla təhlükəsizliyin 90 faizdən artıq olacağını güman etdiyini vurğulayıb.

Bundan başqa Paşinyan gələn həftədən kənd icması rəhbərlərinin demarkasiya və delimitasiya ilə bağlı komissiyaya daxil ediləcəklərini qeyd edib.