Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.

"Birxeber.Az" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay mətbuat konfransında deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə yenidənqurma işləri beynəlxalq birliklə həmrəy şəkildə həyata keçirilir.

K.Sarıbay qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM-nin transformasiya prosesinin davam edəcəyini təsdiqləyib:

"Söhbət təşkilatın institusional bazasının təkmilləşdirilməsindən, o cümlədən nizamnamənin qəbul edilməsindən gedir. Bu günə qədər nizamnamə funksiyasını Almatı Aktı yerinə yetirirdi. Lakin nizamnamənin dəyişdirilməsinə təcili ehtiyac var".