Niderland Ukrayna üçün “Patriot”un alınmasına icazə verib

Niderland Ukrayna üçün “Patriot”un alınmasına icazə verib

Niderlanda Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemləri alacaq.

Birxeber.Az xəbər verir ki, bua barədə niderlandın baş naziri Mark Rutte Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçirilən sammitində bidirib.

“Biz bilirik ki, bir çox ölkədə Patriot sistemləri var, lakin həmin ölkələr onları birbaşa təmin etmək istəmirlər. Onlardan alıb Ukraynaya çatdıra bilərik. Bizim pulumuz var. Bu çox vacibdir”, - deyə o bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba norveçli həmkarı Bart Ede ilə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib. Onun sözlərinə görə, Norveç hökuməti Ukraynanın digər ölkələrdən “Patriot” zenit-raket komplekslərini ala bilməsi üçün yardım göstərir.